“Şamaxı” klubu “Sabah”ı məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir.

“Şamaxı” doğma meydanda çempionatın iddialılarından “Sabah”ı qəbul edib. Mövsümün ikinci dövrəsində güclü rəqibi ilə heç-heçə (1:1) edən “Şamaxı” bu dəfə qələbə qazanıb – 2:1.

“Şamaxı”nın heyətində Amil Yunanov dubl edib. Rəqib komandanın qolunu isə Aleksey Kaşuk vurub.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah”ın hesabında 53 xal var. “Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq son pillədən qurtulub.

Qeyd edək ki, turun ilk iki oyununda “Zirə” səfərdə “Turan Tovuz”a (2:0) qalib gəlib, “Səbail”-“Qəbələ” matçında heç-heçə qeydə alınıb - 2:2. Bu gün “Sumqayıt”la “Kəpəz”, fevralın 27-də isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.

Xəbər 210 dəfə oxundu.