Bu il bodibildinq üzrə Avropa və dünya çempionatlarına İspaniya ev sahibliyi edəcək
Beynəlxalq Bodibildinq Federasiyası bu il keçiriləcək dünya çempionatının yerini və vaxtını açıqlayıb.

Dünya çempionatı noyabrın 1-5-də İspaniyanın Santa-Susanna şəhərində təşkil olunacaq. Avropa çempionatı da mayın 3-8-də eyni şəhərdə keçiriləcək. Hər iki yarışda Azərbaycan millisinin iştirakı nəzərdə tutulub.

Ötən il də hər iki çempionata Santa-Susanna şəhəri ev sahibliyi etmişdi. Milli komandamız dünya çempionatında 1 gümüş və 1 bürünc medal əldə etmişdi.

Xəbər 180 dəfə oxundu.