Voleybol üzrə Azərbaycan çempionatı: “Murov” komandası turnir cədvəlində liderliyini möhkəmləndirib
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23.

Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” və “Neftçi” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb. MOİK isə bir xalla sonuncudur.

Xəbər 171 dəfə oxundu.