“Real Madrid”in sabiq müdafiəçisi Marselonun yeni klubu müəyyənləşib | |
Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq müdafiəçisi Marselonun yeni komandası müəyyənləşib. 34 yaşlı futbolçu ölkəsinin “Fluminense” komandasına keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti daha bir artırılmaq şərti ilə 2024-cü ilin dekabr ayına kimi anlaşıblar. Xatırladaq ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub. |
|
Xəbər 164 dəfə oxundu. |
|
|