Azərbaycan karateçisi Birləşmiş Ərəb Əmirliklərindəki beynəlxalq turnirdə gümüş medal qazanıb
Fevralın 23-26-də Nicat Kərimli (-75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin gümüş medalını qazanıb.

21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukraynalı idmançılara qalib gələn karateçimiz finalda misirli rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni xal fərqi ilə əldən verib.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edir.

Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.

Xəbər 225 dəfə oxundu.