“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub. İlk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

01:57

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçınən əsas vaxtı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılır.

00:48

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Gent”-“Qarabağ” matçı start götürüb.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Julio Romao, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.

“Gent"in heyətində isə Deyvi Rof, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Cordan Torunariqa, Sven Kums, Nurio Fortuna, Loran Depuatr, Bruno Qodo yer alıblar.

Gent şəhərindəki "Gelamko Arena"da keçirilən matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Xəbər 187 dəfə oxundu.