Cüdoçularımız Varşava Açıq Avropa turnirində iştirak edəcəklər
Fevralın 25-də və 26-da Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək.

Yarışa 44 ölkədən 463 idmançı qatılacaq.

Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

Xəbər 258 dəfə oxundu.