“Neftçi” klubunun samboçuları ölkə çempionatında 18 medal qazanıblar
Bakı İdman Sarayında yeniyetmələr, gənclər və böyüklər arasında sambo güləşi üzrə keçirilən Azərbaycan birinciliyi və çempionatına yekun vurulub. “Neftçi” idman klubunun təmsilçiləri yarışda uğurla çıxış edərək 18 medala (8 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar.

Böyüklər arasında Hacıalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Şirin Cavadzadə (98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sahib Babayev (58 kq) və Məhəmməd Məmmədzadə (+98 kq), yeniyetmə samboçulardan isə Toğrul Kərimli (53 kq) və Camal Baqişov (88 kq) eyni uğura imza ataraq çempionluq sevinci yaşayıblar.

Xəbər 190 dəfə oxundu.