Sumqayıtda “AFC-13” peşəkar MMA turnirinin qalibləri müəyyənləşib
Sumqayıt Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “AFC-13” peşəkar MMA turniri keçirilib.

Turnir çərçivəsində 9 döyüş təşkil olunub.

Günün əsas döyüşündə Tural Fərzəliyev Ramo Rüstəmovu birinci raundda qola ağrıdıcı fənd tətbiq etməklə məğlub etdi.

Digər döyüşlərdə Cavid Rzayev Nurlan Məmmədliyə, Mehdi Həsənov Rahib Cəlilova, Zəfər Abdürrəhmanov Heydər Abdullayevə texniki nokautla, Süleyman Vəliyev Nicat Həşimzadəyə, Rahil Bağırov Rüstəm Məmmədova boğucu fənd ilə, Sahil Mirzəyev Heydər Qasımzadəyə, Elmir Cəfərov isə Anar Salamova hakimlərin qərari ilə qalib gəlib.

Xəbər 194 dəfə oxundu.