Rüfət Hacılı Beynəlxalq Abilimpiya Federasiyasının İdarə Heyətinin üzvü seçilə bilər
Azərbaycan Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı Beynəlxalq Abilimpiya Federasiyasının İdarə Heyətinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Bunu Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov mətbuat konfransında deyib.

Bildirib ki, burada 12 yerə 14 namizəd var. Fransanın Mets şəhərində keçiriləcək X beynəlxalq Abilimpiya çempionatı başlamazdan əvvəl Beynəlxalq Abilimpiya Federasiyasının Assambleyası keçiriləcək. Orada İdarə Heyətinin üzvləri seçiləcək.

Qeyd edək ki, X Beynəlxalq Abilimpiya çempionatı martın 22-25-də Fransanın Mets şəhərində keçiriləcək.

Xəbər 191 dəfə oxundu.