İlk dəfə beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək millimizin kapitanı müəyyənləşib
İlk dəfə beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının kapitanı müəyyənləşib.

Martın 22-25-də Fransanın Mets şəhərində keçiriləcək çempionatda komandamızın kapitanı Cəmilə Məmmədli olacaq. O, turnirdə mətn tərtibatı üzrə yarışda çıxış edəcək.

Abilimpiyaçılarımız çempionatda poster dizayn, proqramlaşdırma, kompüter yığılması, veb-səhifələrin hazırlanması, dərzilik, çörək bişirilməsi, masaj, dulusçuluq, aşpazlıq, mətn tərtibi, ağac üzərində oyma, multimedia jurnalistikası, milçə ilə toxuculuq sahələri daxil olmaqla, ümumilikdə 13 peşə sahəsi üzrə mübarizə aparacaq. Yarışda ölkəmizi 11 kişi və 4 qadın olmaqla, 15 abilimpiyaçı iştirak edəcək.

Xəbər 204 dəfə oxundu.