Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema Fransanın PSJ komandasında çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

36 yaşlı hücumçu buna İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda nail olub.

Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/2006-cı il mövsümündən Çempionlar Liqasında qol vurur.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.

Xəbər 236 dəfə oxundu.