“Lids” klubunun yeni baş məşqçisi müəyyənləşib
İngiltərənin “Lids” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Premyer Liqa təmsilçisini Xavi Qrasiya çalışdıracaq. Tərəflər arasında bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Mütəxəssis son olaraq Qətərin “Əl-Sədd” klubunu çalışdırıb.

Qeyd edək ki, “Lids” 19 xalla Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Xəbər 190 dəfə oxundu.