Azərbaycan birinciliyində 270-dən artıq cüdoçu mübarizə aparacaq
Fevralın 22-də 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

Yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən artıq idmançı medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin ilk iki günündə fərdi, ayın 24-də isə komanda yarışları keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.

Xəbər 229 dəfə oxundu.