“Gent” – “Qarabağ” matçını şotlandiyalı hakimlər briqadası idarə edəcək
Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona Frensis Konnor və David Rum kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Xəbər 176 dəfə oxundu.