“Qarabağ” su polosu üzrə “Baku Winter Cup” turnirinin qalibi olub
Bakı Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş su polosu üzrə “Baku Winter Cup” turniri keçirilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Üzgüçülük Federasiyası və “Qarabağ” su polosu klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə 5 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Qarabağ” komandası birinci olub. “145 qrup” komandası yarışı ikinci, “Sharks” isə üçüncü pillədə başa vurublar.

Yarışın keçirilməsində məqsəd idmanın bu növünə olan marağı artırmaq, su polosunun gənclər, yeniyetmələr və uşaqlar arasında daha da populyarlaşmasına nail olmaqdır.

Xəbər 165 dəfə oxundu.