Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında Dieqo Maradonaya çatıb
PSJ-nin argentinalı hücumçusu Lionel Messi cərimə zərbəsindən vurduğu qolların sayında həmyerlisi Dieqo Maradonaya çatıb.

Təcrübəli futbolçu buna Liqa 1-in son turunda “Lill”in qapısına yol tapmaqla (4:3) nail olub.

O, bununla da, cərimə zərbəsindən vurduğu qollarının sayını 61-ə çatdırıb. Messi cərimə zərbəsindən daha bir qol vuracağı halda Maradonanın uğurunu geridə qoyacaq.

Xəbər 172 dəfə oxundu.