AFFA-nın növbəti hesabat konfransının vaxtı dəqiqləşib
AFFA-nın növbəti hesabat konfransının vaxtı dəqiqləşib.

Konfrans martın 7-də keçiriləcək. Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası təşkil olunacaq.

Gündəliyə prezident tərəfindən iclasın açılışı, konfransın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər daxil edilib.

Xəbər 156 dəfə oxundu.