Rafael Fiziyevin meneceri: Castin Qetji ilə döyüş asan olmayacaq
Rafael Fiziyevin Castin Qetji ilə döyüşü asan olmayacaq. O, çox çətin rəqibdir. Əgər biz texniki məqamlara nəzər salsaq, Rafael keyfiyyətli zərbələrə malik idmançıdır. Qetji isə heç bir halda zəif rəqib kimi qəbul edilməməlidir.

Bu sözləri martın 18-də Londonda “UFC 286” turniri çərçivəsində ABŞ təmsilçisi C.Qetji ilə qarşılaşacaq Azərbaycanın MMA döyüşçüsü R.Fiziyevin (70 kq) meneceri Sayat Abdrahmanov deyib.

R.Fiziyevin güclü idmançı və peşəkar mütəxəssis olduğunu bildirən S.Abrahmanov vurğulayıb ki, o, uzun müddətdir idmanın MMA növü ilə məşğul olur. O, döyüşə necə hazırlaşmağı və qələbə qazanmağı yaxşı bilir. Mən isə kənardan az da olsa, öz tövsiyələrimi verə bilərəm.


Xəbər 159 dəfə oxundu.