Batutçumuz Selcan Mahsudova Bakıda keçirilən dünya kuboku yarışlarında bürünc medal qazanıb
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb.

Gimnastımızın çıxışına hakimlər 52,910 xal veriblər.

Yarışın qalibi 54,860 xalla Braziliya idmançısı Kamilla Qomes olub. Fransa idmançısı Lea Labruss 53,970 xalla yarışı ikinci pillədə başa vurub.

Təmsilçimiz S.Mahsudova ötən il Bakıda keçirilən dünya kuboku yarışlarında gümüş medal əldə etmişdi.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda altıncı dəfədir təşkil olunur.

Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.

Xəbər 179 dəfə oxundu.