MMA döyüşçümüz dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın MMA döyüşçüsü Esmira Məmmədova Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Beynəlxalq Qarışıq Döyüş Sənəti Federasiyası tərəfindən 2014-cü ildən təşkil olunan böyüklər və gənclər arasında dünya çempionatına bu il Serbiya ev sahibliyi edib. Dünya çempionatında Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandası da iştirak edib.

Altmış iki ölkədən 520-dən çox idmançının mübarizə apardığı turnirdə ölkəmizin idman şərəfini gənc və peşəkar olmaqla, ümumilikdə 6 idmançı qoruyub.

Xəbər 270 dəfə oxundu.