Dünya kuboku yarışlarında kişi batutçular arasında yarımfinalçılar müəyyənləşib
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında kişilərin fərdi proqram üzrə yarımfinalçıları müəyyənləşib.

4 qrup üzrə təşkil olunan təsnifat mərhələsinin nəticəsinə görə, ilk 16 pillədə qərarlaşan batutçular yarımfinala vəsiqə qazanıblar.

Təsnifat mərhələsinə 58,910 xalla qazaxıstanlı Daniel Mussabayev başçılıq edib. Portuqaliya təmsilçiləri Dioqo Abreu (58,750 xal) və Pedro Ferreira (58,590 xal) ilk üçlüyü tamamlayıblar.

İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

Xəbər 174 dəfə oxundu.