Qadın batutçular dünya kuboku yarışlarında mübarizəyə qoşulublar
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında qadın idmançılar mübarizəyə qoşulublar.

Qadın batutçular fərdi proqram üzrə təsnifat mərhələsində mübarizə aparırlar.

Azərbaycan idmançısı Selcan Mahsudova ikinci qrupda gücünü sınayacaq.

İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir təşkil olunur.

Xəbər 179 dəfə oxundu.