“Kəpəz” – “Şamaxı” matçında beş qol vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Turun açılış oyununda “Kəpəz” klubu “Şamaxı”nı qəbul edib.

Gəncə şəhər stadionunda oynanılan qarşılaşma “Kəpəz”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Abdullahi Şauybu və Mate Kvirkviya (2 top) fərqləniblər. “Şamaxı”nın qollarını isə Fuad Bayramov və Rəhman Daşdəmirov vurublar.

Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Neftçi" - "Səbail" matçları fevralın 18-də, "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" görüşləri fevralın 19-da keçiriləcək.

Xəbər 249 dəfə oxundu.