Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək
Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt məlum olub.

Azərbaycan Yüksək Liqasında VIII turun qarşılaşmaları fevralın 17-də təşkil ediləcək.

Həmin gün meydana əvvəlcə “Neftçi” və “Xarı bülbül” klubları çıxacaqlar. Bu oyuna saat 16:00-da start veriləcək.

Günün ikinci matçı MOİK və “Murov” kollektivləri arasında olacaq. Bu görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, hər iki qarşılaşma Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Xəbər 205 dəfə oxundu.