“Səbail”in sabiq futbolçusu Maykl Essyen məşqçilik üzrə A lisenziyası alıb
Bakının “Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen məşqçilik üzrə A lisenziyası alıb.

Bu barədə qanalı keçmiş futbolçu tviter səhifəsində paylaşım edib.

Qeyd edək ki, M.Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə “Səbail”ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib. M.Essyen Fransanın “Lion”, İngiltərənin “Çelsi”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan” və Yunanıstanın “Panatinaikos” komandalarında da çıxış edib.

Xəbər 182 dəfə oxundu.