Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri məlum olub
Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri məlum olub.

iyulun 18-23-də Andorrada 16 yaşadək qızlar arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək. B qrupunda yer alan millimiz Andorra, Moldova və Albaniya seçmələri ilə üz-üzə gələcək.

İyulun 19-27-də Kosovoda 16 yaşadək oğlanlar arasında Avropa çempionatının C divizionunun matçları oynanılacaq. U-16 yığmamız B qrupunda Albaniya, Kipr, Ermənistan və San-Marino komandalarına rəqibi olub.

On səkkiz yaşadək oğlanlardan ibarət millimiz iyulun 29-dan avqustun 6-dək Bakıda Avropa çempionatının C divizionunun A qrupunda Malta, Kipr və Moldova komandaları qarşılaşacaq.

Xəbər 174 dəfə oxundu.