UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi start götürür | |
Bu gün 2022-2023-cü illər UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək. Fevralın 15-də iki qarşılaşma keçiriləcək. Fransanın PSJ klubu Münxenin “Bavariya” kollektivini, “Milan” isə “Tottenhem”i qəbul edəcək. Qeyd edək ki, səkkizdəbir final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) matçları sabah, digər oyunları isə bir həftə sonra keçiriləcək. |
|
Xəbər 181 dəfə oxundu. |
|
|