İtaliya A seriyası: “İnter” xal itirib, “Napoli” çempionluğa yaxınlaşır
Fevralın 13-də İtaliya A seriyasında 22-ci tura yekun vurulub.

Turun son iki oyununda “Verona” “Salernitana” ilə, “Sampdoriya” isə “İnter”lə qarşılaşıb.

“Verona” öz meydanında rəqibini 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunda yeganə qolu 31-ci dəqiqədə Nqonqo vurub.

“İnter” isə səfərdə “Sampdoriya”nın müqavimətini qıra bilməyib. Matç 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, “Neradzurri” daha iki xal itirərək lider “Napoli”dən bir qədər də uzaqlaşıb. Hazırda “Napoli”nin hesabında 59 xal var. “İnter” isə 44 xalla ikinci pillədə qərarlaşıb. Hesabında 41 xal olan “Atalanta” ilk üçlüyü qapayır.

Xəbər 154 dəfə oxundu.