Liverpul bu gün “qırmızı”dır
Fevralın 13-də İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.

“Mersisayd” derbisində “Liverpul” və “Everton” klubları qarşılaşıb.

Son vaxtlar heç də yaxşı günlərini yaşamayan komandaların qarşılaşmasında meydan sahibləri üstün olublar -2:0.

“Liverpul”un heyətində 36-cı dəqiqədə Məhəmməd Salah və 49-cu dəqiqədə Kodi Qakpo fərqləniblər.

Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran Yürgen Kloppun yetirmələri turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıblar. “Everton” isə 18 xalla 18-cidir.

Xəbər 161 dəfə oxundu.