Triatlon Federasiyasının növbəti yarışı uğurla başa çatıb
Fevralın 11-i və 12-sində Bakı Su İdmanı Sarayında “Triterra Triathlon Club”-ın təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti “Aquathlon” yarışı keçirilib.

45 idmançının iştirak etdiyi yarış “Absolute” və müxtəlif yaş kateqoriyalarından ibarət idi. Yarışın ilk günündə 1500 metr məsafədə üzgüçülük mərhələsi yer aldı. İkinci gün isə 10 km məsafə üzrə qaçış yarışına həsr olundu.

“Absolute” kateqoriyasının kişilər arası qalibləri ardıcıl olaraq Togrul Məmmədli, Kam Bular və Vitaliy Yakovlev oldular. Qadınlardan birinci yerə Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə Adilə Süleymanova yiyələndi. Komandalar arası gərgin rəqabətdə 3 qalib təyin olundu: birinci yer “Triterra” idman klubu, ikinci yer “Alphatriclub” idman klubu, üçüncü yer isə “TriStar” idman klubu.

Xəbər 209 dəfə oxundu.