“Real” klublararası dünya çempionatının qalibi olub
Madrid klubu "Real" Mərakeşdə keçirilən klublararası dünya çempionatının qalibi olub.

Mərakeşin paytaxtı Rabatda keçirilən final görüşündə "Real" Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 5:3 hesabı ilə məğlub edib. 3-cü yeri isə Braziliyanın "Flamenqu" komandası tutub. Onlar Misirin "Əl-Əhli" komandasına 4:2 hesabı ilə qalib gəlib.

Xəbər 147 dəfə oxundu.