“Qarabağ” - “Sabah” oyunu heç-heçə yekunlaşıb | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. Günün sonuncu matçında “Qarabağ” komandası paytaxtın “Sabah” klubunu qəbul edib. “Azersun Arena”dakı görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı açıb. İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə “Sabah”ın bərabərlik qolunu vurub. Bu qarşılaşmadan sonra xallarının sayını 58-ə çatdıran Ağdam komandası vahid liderdir. Bakı təmsilçisi 53 xalla ikinci pillədə yer alıb. Qeyd edək ki, günün ilk görüşündə “Turan Tovuz” komandası “Kəpəz”in qapısından iki top keçirib. Turun “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” matçları fevralın 12-də keçiriləcək. |
|
Xəbər 208 dəfə oxundu. |
|
|