İtaliya A seriyası: “Milan” qələbəsiz oyunlar seriyasına son qoyub
Fevralın 10-da futbol üzrə İtaliya çempionatında növbəti tura start verilib.

Turun ilk matçında son çempion “Milan” “Torino” ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə “Rossonyerlər”in xeyrinə başa çatıb. Oyunda yeganə qolu Olivye Jiru vurub.

Beləliklə, “Milan” yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub.

Qeyd edək ki, hesabında 41 xal olan Piolinin yetirmələri turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər 181 dəfə oxundu.