“Qarabağ”ın sabiq futbolçusu Təbriz klubu ilə anlaşıb
Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Xayme Romeronun yeni komandası bəlli olu

ispaniyalı yarımmüdafiəçi Təbrizin “Traktor” klubuna keçib. Bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun son klubu İspaniyanın “Kartaxena” komandası olub.

2019-cu ilin yayından 2022-ci ilin iyulunadək “Qarabağ”da çıxış edən futbolçu 69 oyunda 14 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 222 dəfə oxundu.