Peşəkar Futbol Liqası “Insports.tv” ilə əməkdaşlığa başlayıb
Peşəkar Futbol Liqası (PFL) və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanıb.

2022-2023-cü il mövsümünün sonunadək Azərbaycan Premyer Liqası və Birinci Divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq.

“InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.

Xəbər 176 dəfə oxundu.