“Sumqayıt” klubu Kamran Əliyev ilə müqavilə imzalayıb
“Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Komanda son olaraq “Arsenal” (Rusiya, Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb.

İyirmi dörd yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”ın heyətində 23 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan K.Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında çıxış edib. Futbolçu, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.

Xəbər 170 dəfə oxundu.