Dieqo Kokka Meksika millisinə baş məşqçi təyin olunub
Dieqo Kokka futbol üzrə Meksika millisinə baş məşqçi təyin olunub.

Bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis yanvarın 1-də Meksikanın “Tiqres” klubu ilə anlaşıb. O, daha sonra Meksika yığmasında işləmək istədiyini rəhbərliyə bildirib. Buna görə də klub bir ay sonra argentinalı mütəxəssis ilə yollarını ayırıb.

Qeyd edək ki, ötən il Qətərdə keçirilən dünya çempionatından sonra Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa vermışdi.

Xəbər 198 dəfə oxundu.