Türkiyə Superliqasında oyunların bərpa ediləcəyi tarix məlum olub
Türkiyə Superliqasında oyunların 3-4 mart tarixlərindən etibarən davam edəcəyi planlaşdırılır.

Bunu Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) Mehmet Böyükekşi açıqlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla, qonşu dövlətlərdə hiss edilib. Son məlumatlara görə, Türkiyədə 16,5 mindən çox insan ölüb, 66 mindən çox insan yaralanıb.

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. Həmçinin bütün idman yarışları təxirə salınıb.

Xəbər 168 dəfə oxundu.