Regionlarda fəaliyyət göstərən həndbol məşqçiləri Bakıya dəvət olunublar
Azərbaycan Həndbol Federasiyası tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, seminar fevralın 11-12-də “AHF Arena”da təşkil olunacaq.

Seminarda oyun qaydalarına edilən dəyişikliklər, məşq prosesi və yarış təqvimi müzakirə olunacaq.

Xəbər 259 dəfə oxundu.