AFFA Türkiyə Futbol Federasiyasının çağırışına qoşulub
AFFA Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün maddi yardım göndərib.

Assosiasiya Türkiyə Futbol Federasiyasının (TFF) ictimaiyyətə müraciətini nəzərə alaraq bu addımı atıb.

AFFA TFF-in müraciətində qeyd olunmuş bank hesabına 500 min Türkiyə lirəsi məbləğində maliyyə vəsaiti köçürüb.

Xəbər 200 dəfə oxundu.