“Roma” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək
“Roma” və “Qalatasaray” futbol klubları Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə oyunu keçirəcəklər.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klublar artıq öz aralarında matçın oynanılması üçün razılığa gəliblər. Lakin görüşün dəqiq tarixi hələ müəyyənləşməyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 14 min 14 nəfər həlak olub, 63 min 794 insan yaralanıb.

Xəbər 185 dəfə oxundu.