“Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib
Birinci Divizionda mübarizə aparan “Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

Naxçıvan təmsilçisi Nikolaz Baçaliaşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı futbolçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, N.Baçaliaşvili daha əvvəl “Qələbə” və “Kəpəz”dən çıxış edib. İyirmi yaşlı müdafiəçinin son klubu Gürcüstanda “Spaeri” olub. futbolçu Azərbaycanın U-17, U-19 və U-20 millilərinin sabiq üzvüdür.

Xəbər 175 dəfə oxundu.