Rafael Utziq “Qəbələ”də qalacaq
“Qəbələ” klubunun braziliyalı futbolçusu Rafael Utziq komandada qalacaq.

Qış fasiləsində “Neftçi”nin maraq dairəsində olan futbolçunun paytaxt təmsilçisinə keçəcəyi gözlənilirdi. Yarımmüdafiəçinin özü ilə razılığa gələn Bakı təmsilçisi transferin baş tutması üçün “Qəbələ” ilə ortaq məxrəcə gələ bilməyib. Bu səbəbdən “Neftçi” keçidin reaallaşması üçün mövsümün sonunu gözləməli olacaq.

Qeyd edək ki, R.Utziqin “Qəbələ” ilə müqaviləsi yayda başa çatır.

Xəbər 178 dəfə oxundu.