“Neftçi” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım göndərib
Bakının “Neftçi” klubu Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım göndərib.

“Neftçi”nin bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular da iştirak ediblər.

Kapitan Emin Mahmudov, həmçinin digər oyunçular Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon və Mərt Çelik işçilərə kömək ediblər.

Qeyd edək ki, son məlumata əsasən, fevralın 6-da baş verən zəlzələdə 12 min 873 nəfər həlak olub, 62 min 937 insan isə yaralanıb.

Xəbər 259 dəfə oxundu.