Türkiyə millisinin iki voleybolçusu zəlzələ nəticəsində həlak olub
Kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində həlak olub.

Dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş “Malatya Böyükşəhər Bələdiyəspor”un formasını geyiniblər.

Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində ən son məlumatlara görə, 6 min 234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb.

Xəbər 282 dəfə oxundu.