“Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar 8 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №1, maddə 52) ilə təsdiq edilmiş “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 1 nömrəli cədvəlinin üçüncü sütunundakı “3; 3; 12” rəqəmləri müvafiq olaraq “10; 10; 25” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

A.Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
№113; 15.05.2008-ci il

Xəbər 2617 dəfə oxundu.