“Vugar Gashimov Fair Play Award”ın yeni sahibləri bəlli olub
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş “Tata Steel Chess” turnirinda məlum olub.

Yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən qrossmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.

Xəbər 230 dəfə oxundu.