Yığmamızın heyətində dəyişiklik olub
Fevralın 4-dən 12-dək Antalyada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

“Turan Tovuz” klubunun üzvü Hüseyn Hüseynov səhhəti ilə əlaqədar heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ” klubunun üzvü Okan Təhməzli hazırlıq prosesinə cəlb olunub.

Xəbər 164 dəfə oxundu.