Kişi voleybolçular arasında oyunda çempionatın lideri “Murov” komandası “Neftçi”ni məğlub edib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrəyə start verilib.

IV turun ilk oyununda çempionatın lideri “Murov” komandası “Neftçi” ilə görüşüb. Matçda “Murov” rəqibinə 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində çempionatın lideri xallarının sayını 12-yə çatdırıb.

Qeyd edək ki, bu tur MOİK - “Xarı bülbül” matçı ilə yekunlaşacaq.

Xəbər 217 dəfə oxundu.